Başlıq
alert
Xəbərdarlıq!
Qeydiyyat












“Abituriyent” jurnalının 1-ci sayı nəşr olunmuşdur
Geri dönƏlavə onunma tarixi: 2014-03-03 11:25:37
“Abituriyent” jurnalının 1-ci sayı nəşr olunmuşdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 1-ci sayında 2014/2015-ci tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını dərc etmişdir.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 1-ci sayında 2014/2015-ci tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını dərc etmişdir. Hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu sənədlərlə diqqətlə tanış olub öz fəaliyyətini onların tələblərinə uyğun qurmalıdır. 

Jurnalda aşağıdakı materiallar əksini tapmışdır: 

— 2014/2015 - cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları 

—  Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları 

—  Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) 
qəbul imtahanı proqramları 

—  Hərbi liseylərə qəbul imtahanı proqramları 

—  Ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri 

—  Fənlər üzrə açıq tipli test tapşırığı nümunələri 

—  Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları 

—  “Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları 

—  TQDK-da informasiya mübadiləsinin yeni ünvanı bölümündə TQDK-nın fəaliyyətinin bütün istiqamətlərinin facebook sosial şəbəkəsi vastəsi ilə ictimaiyyətə çatırılması haqqında məqalə 

—  Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası 

Qəbul qaydaları - Təhsilin istənilən pillə və səviyyəsinə qəbul qaydaları təməl statuslu hüquqi sənəddir. Qəbul prosesinin bütün proseduraları məhz bu sənədə əsaslanır. Qəbul qaydalarında qəbul kampaniyasının bütün mərhələlərini və tərəflərini (ərizə qəbulu; ixtisas qrupları, ixtisasların qruplar üzrə siyahısı; qəbul imtahanı, hər ixtisas qrupunun imtahan fənləri bloku, bunların əhəmiyyətlilik dərəcəsi; ixtisas seçimi; müsabiqə şərtləri; qabiliyyət imtahanları; xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul; abituriyentlərin hüquq və vəzifələri və s.) müəyyən edən başlıca müddəalar, əsas tənzimləyici normalar əksini tapıb. Bu qaydaları bilmək hər bir abituriyentə düzgün istiqamət götürməyə, qəbula hazırlıq işini səmərəli qurmağa, ağıllı ixtisas seçimi aparmağa kömək edəcəkdir. 

Qəbul proqramları – Bu bölmədə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və hərbi liseylərə imtahan fənləri üzrə qəbul proqramları təqdim edilir. Burada öyrənilməsi zəruri olan tədris materiallarının əhatə dairəsi, həcmi, ardıcıllığı, sistemi, ədəbiyyat siyahısı və s. əks olunmuşdur. Proqramlar ümumtəhsil məktəblərinin tədris proqramları və müvafiq dərslikləri əsasında hazırlanmışdır. Bununla belə, məktəb proqramlarından fərqli olaraq qəbul proqramlarında aşağı siniflərdə keçilən bazis mövzular yuxarı siniflərdə tədris olunan müvafiq mövzularla üzvi surətdə birləşdirilərək vahid sistem halında verilib. Odur ki, qəbul imtahanı testləri məktəb proqramları və dərsliklərindəki bütün materiallara əsaslanmaqla tərtib edilir. 

Test tapşırığı nümunələri – Jurnalın bu sayında yeni test modelləri dərc edilib. Abituriyentlər bu testlər vasitəsilə öz hazırlıq səviyyələrini yoxlaya, qəbul imtahanlarında onlara təqdim olunacaq sualların çətinlik səviyyəsini müəyyənləşdirə bilərlər. Jurnalda həmin test tapşırıqlarının düzgün cavabları və balların hesablanması qaydası da verilmişdir. 

Fənlər üzrə açıq tipli test nümunələri –2013-cü ildə olduğu kimi bu il də bütün ixtisas qruplarında iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq: I ixtisas qrupunda – riyaziyyat və fizika; II ixtisas qrupunda – riyaziyyat və coğrafiya; III ixtisas qrupunda – riyaziyyat və tarix; IV ixtisas qrupunda – riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından da istifadə ediləcək.Açıq tipli test tapşırıqları biliklərin daha dərin səviyyələrinin üzə çıxarılmasına, bilikləri praktikada tətbiqetmə və yaradıcı düşünmə qabiliyyətlərinin qiymətləndirilməsinə, mənimsənilən ilkin kompetensiyaların – səriştəlilik keyfiyyətlərinin yoxlanılmasına yönəlir. Odur ki, şagird və abituriyentlərin açıq tipli test tapşırıqlarının modelləri, forma və tipləri haqqında təsəvvürlərinin daha da genişləndirilməsi, bu tipli tapşırıqlarla işləmək vərdişlərinin inkişaf etdirilməsi üçün onların nümunələri jurnalın bu sayında verilib. Xatırladaq ki, bu tipli testlər həm də siniflər üzrə test kitabları, dərs vəsaitləri və bu yaxınlarda çapdan çıxmış test bankı toplularına daxil edilib. Bu tipli testlərin mütəmadi olaraq sınaq imtahanlarında da təqdim edilməsi də nəzərdə tutulur. 

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları - Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunmuşdur. Bu bölmədə həmçinin Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul elanı da təqdim olunmuşdur. 

“Soruşun cavab verək” - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına mütəmadi olaraq ictimaiyyətin müxtəlif təbəqələrdən çoxlu sayda sual, məktub və müraciətlər daxil olur. Jurnalın bu rubrikasında oxuculardan TQDK-ya daxil olan ən səciyyəvi sorğu və müraciətlərə Komissiyanın mütəxəssisləri tərəfindən hazırlanmış cavablar təqdim edilib. Bu material da qəbulla bağlı gəncləri maraqlandıran bir çox məqamlara aydınlıq gətirəcək.


Copyright © 2010-2014 | Sinaq İmtahanı