Başlıq
alert
Xəbərdarlıq!
Qeydiyyat












Magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirildi
Geri dönƏlavə onunma tarixi: 2014-03-03 16:22:12
Magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

03.03.2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 2-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirmişdir. 


03.03.2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 2-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirmişdir. 

İmtahan Bakı, Naxçıvan, Gəncə, Lənkəran şəhərləri ilə yanaşı, ilk dəfə olaraq Mingəçevir və Şəki şəhərlərində keçirilmişdir. İmtahanın aparılması üçün 39 imtahan mərkəzi ayrılmışdır. Bütün mərkəzlərdə imtahan eyni vaxtda – saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə davam etmişdir. 

İmtahanın idarə olunması üçün operativ qərargah fəaliyyət göstərmiş, bütün mərkəzlərdə imtahan təlimata uyğun aparılmış, iştirakçıların öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılmışdır. 

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın iki gün ərzində elan olunması nəzərdə tutulur.  

Copyright © 2010-2014 | Sinaq İmtahanı