04.03.2014
2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə martın 2-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanmışdır.
Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın rəsmi internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.
Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola biləcəkdir.
İmtahanda iştirak etmək üçün 24560 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 1505 nəfər imtahana gəlməmiş, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunmuşdur.
İmtahanda 23047 nəfər iştirak etmişdir.
İmtahanda ən yüksək nəticə isə 97 bal olmuşdur.